Dubayın iri ticarət mərkəzində bəzi aviareyslərə qeydiyyatdan keçmək mümkün olacaq

24 İyul 2019 04:05 (UTC+04:00)

Müxtəlif aviaşirkətlərin sərnişinləri birbaşa Əmirliyin ən iri ticarət-əyləncə mərkəzlərindən birində - “The Dubai Mall”da öz reyslərinə qeydiyyatdan keçə biləcəklər.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu gündən etibarən Xidmətlər Mərkəzi «Dnata Travel» şirkətinin idarəçiliyi ilə qeydiyyat masası açıb. Arzu edənlər burada öz reyslərinə qeydiyyatdan keçib enmə talonları almaqla bərabər, baqajlarını çəkib təhvil verə biləcəklər. Onların baqajı ticarət mərkəzindən aeroporta göndəriləcək.

Yeni xidmətdən “flydubai”, “SAUDIA”, “flynas”, “China Southern”, “Kuwait Airways”, “GulfAir”, “Saudi Gulf”, “Royal Jordanian” və “Ethiopian Airlines” avişirkətlərinin sərnişinləri istifadə edəcəklər.