Lənkəranda ölümlə nəticələnən yol qəzası olub

23 İyul 2019 20:18 (UTC+04:00)

Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı 90-LK-933 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından kənara çıxıb. Qəza zamanı avtomobildə olan bir qadın ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.