"Barselona"ya ŞOK: Sponsor maşınları geri istəyir!

24 İyul 2019 00:33 (UTC+04:00)

"Barselona"nın "Audi" şirkəti ilə əməkdaşlığı başa çatıb. "AS" nəşrinin yazdığına görə, tərəflər arasında müqavilənin müddəti iyun ayının 30-da bitib. Bundan sonra dünyaca məşhur avtomobil konserni sponsorluq müddətində Kataloniya klubunun futbolçularına pulsuz verilən maşınların geri qaytarılmasını xahiş edib. Futbolçulara bildirilib ki, Asiya toplanışından sonra avtomobillər "Audi" şirkətinə təhvil verilməlidir.
"Barselona"lı oyunçuların səfər zamanı tez-tez rəqib şirkətlərin avtomobillərindən istifadə etməsi "Audi"nin narazılığına səbəb olub.