Güləşçilərimizdən iki qızıl medal!

23 İyul 2019 19:00 (UTC+04:00)

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır. 65 kq çəkidə mübarizə aparan idmançımız Xasay Həsənov finalda Deni Nakayevlə (Almaniya) qarşılaşıb. Rəqibini məğlub edən Həsənov (3:2) qızıl medal əldə edib. Bu gün digər yunan-Roma güləşçisi Elmir Əliyev (51 kq) də qızıl medala sahib olub.