Neftin qiymətində ziddiyətlər davam edir

14 Fevral 2011 18:48 (UTC+04:00)

Fevralın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "Light Sweet Crude Oil" markalı neftin ixracına dair mart müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,3% azalaraq 1 barelə görə 85,58 dollar təşkil edib.

 

SİA-nın məlumatına görə, London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar artaraq 101,43 dollar təşkil edib.