Goranboyda 47 yaşlı kişi özünü asıb

21 İyul 2019 03:18 (UTC+04:00)

Goranboy rayonunda intihar hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb.
1972-ci il təvəllüdlü Nəcəfov Habil Qərib oğlu yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.