SİA “sports.ru” saytına istinadən xəbər verir ki, bu barədə jurnalist və aparıcı Olqa Skbeyeva "Telegram" kanalında məlumat verib. Onun sözlərinə görə, Mamayev bu il noyabrın 6-da, Kokorin isə dekabrın 7-də həbsdən çıxacaq.
Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.