İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

20 İyul 2019 23:32 (UTC+04:00)

İyulun 20-də İstanbulda keçirilən irimiqyaslı əməliyyat zamanı həbs cəzası qüvvəyə minmiş və axtarışda olan 217 cinayətkar saxlanılıb.

SİA xəbər verir ki, 673 polis əməkdaşının cəlb olunduğu əməliyyat zamanı 561 ünvanda axtarış aparılıb.

Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.