Azərbaycanda ziyarətə gedənlərin maşını AŞDI

20 İyul 2019 17:53 (UTC+04:00)

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.

“Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.

Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.