Gömrükdən gizlədilən dərman preparatları aşkarlanıb

20 İyul 2019 14:08 (UTC+04:00)

Gömrük orqanlarına bəyan edilməyən dərman preparatları aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sağ qapısının cibində gömrük orqanlarına bəyan edilməyən 5 ədəd “Radiesse” markalı dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.