Yəmən paytaxtı Sənada minlərlə nümayişçi prezident Əli Abdullah Salehi istefa verməyə çağırıb. SİA-nın xəbərinə görə, aksiya iştirakçıları Misirin Sənadakı səfirliyinə doğru irəliləmiş və yolda hökumətpərəst adamlarla toqquşublar. İnsanlar ən çox Səna Universitetində və Qahirədəki məşhur meydanla eyni adı daşıyan Təhrir meydanında toplaşıblar.
Misirin sabiq lideri Hüsni Mübarək kimi prezident Əli də artıq 30 ildən çoxdur ki, hakimiyyətdədir. Etiraz dalğasını yatırtmaq üçün o, 2013-cü ildə istefa verəcəyini vəd edib.