Xərçəng xəstəliyinə qarşı şirin dərman

13 Fevral 2011 10:37 (UTC+04:00)

ABŞ alimlərinin gəldikləri qənaətə görə, şokolad və şərab xərçəng şişləri hüceyrələrini məhv edir. Onların fikrincə, qırmızı üzümü və tünd şokoladı xərçəng şişləri ilə mübarizə aparan məhsullar qrupuna aid etmək olar. SİA-nın xəbərinə görə, daha əvvəl bu qrupa qaragilə, sarımsaq, soya və yaşıl çay daxil edilmişdi.

Bu məhsullar, heç şübhəsiz, xərçəngin müalicəsinin son mərhələlərində dərmanı əvəz edə bilməz. Lakin güclü və səmərəli profilaktik təsir göstərir. Ən böyük üstünlüyü isə budur ki, kimyəvi angiogenez preparatlara xas olan kənar təsiri yoxdur.