Tovuzda toya gələn kişini avtomobil vuraraq öldürüb

20 İyul 2019 02:23 (UTC+04:00)

Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası olub.

SİA xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, şadlıq saraylarının birinə toya qonaq gələn 1976-cı il təvəllüdlü Həsənov Məhəmməd Həsən oğlu yolu keçmək istəyərkən "Hyundai" markalı avtomaşın onu vurub. Piyada aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.