Bakı yollarında "sarı zolaq" qadağası qüvvəyə minib

20 İyul 2019 01:17 (UTC+04:00)

“Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında təhlükəsizliyi təmin etmək üçün əlaqədar bu gündən bəzi küçə və prospektlərdə “sarı zolaq” qadağası qüvvəyə minib.

SİA xəbər verir ki, qadağa iyulun 28-i gecə 00:00-dək davam edəcək. Bu müddətdə sarı zolaqda yalnız tədbir iştirakçılarının xüsusi tanınmış nişanları olan avtomobillərinin hərəkəti icazə veriləcək.

Qaydanı pozan sürücülər isə kamera vasitəsilə aşkarlanacaq və barələrində tədbir görüləcək

Qeyd edək ki, festivalla əlaqədar paytaxtın Ziya Bünyadov, Q.Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tbilisi, Moskva, Ü.Hacıbəyov, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.