İngilis nəşri: "Ərdoğan ABŞ-ı çətin vəziyyətdə qoydu"

20 İyul 2019 00:37 (UTC+04:00)

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması, ABŞ-ın isə buna qarşılıq olaraq Türkiyəni F-35 proqramından çıxarması Ankara-Vaşinqton arasında gərginliyi xeyli artırıb. Bu barədə İngiltərənin "Finənşl Tayms" qəzetində məqalə dərc edilib.

Qəzet Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə münasibəti vasitəsilə Türkiyəni regional güc faktoruna çevirmək istədiyini bildirib. "Türkiyənin Rusiya mənimsəməsi ABŞ-ı çətin vəziyyətdə qoydu" başlığı altında yayımlanan məqalədə S-400 sistemlərinin geosiyasətdə tektonik dəyişikliyə səbəb olduğu vurğulanıb.