Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:
1. İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.