ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək

13 Fevral 2011 06:03 (UTC+04:00)

Fevralın 18-dən 26-dək Azərbaycan-Amerika Şurası (AAC), Amerika Azərbaycan Cəmiyyəti (ASA) və Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Şimali Amerikada Xocalı Anım Həftəsi keçiriləcəkdir.

SİA-nın xəbərinə görə, bundan əlavə, Azərbaycan diaspor təşkilatı San-Fransisko, Vaşinqton və Nyu-Yorkda Xocalı faciəsinə dair "dəyirmi masa"lar, debatlar, eləcə də Torontoda xatirə konfransları təşkil edəcəkdir.