Azərbaycanda yeni internet televiziya yaradıldı

19 İyul 2019 11:15 (UTC+04:00)

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb. SİA-nın verdiyi məlumata görə, tezliklə maraqlı verilişlər, reportajlar, müzakirələr və müsahibələrlə media ailəsinə qovuşacaq televiziyanın əsas məqsədi ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir.

Tamaşaçılar televiziyanın efrində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verlişlərlə yanaşı, tanınmış siyasətçilər və diaspor nümayəndələri ilə vaxtaşırı müsahibələr, həmçinin sosial-iqtisadi, mədəni sahələrdən verlişlər izləyə biləcək. “Kanal 5”-in fəaliyyəti həmçinin www.kanal5.az saytı ilə yanaşı, bütün sosial şəbəkələrdə (instagram: @kanal5_tv , facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5” ) işıqlandırılacaq.