Dünya ictimaiyyəti işğal olunmuş ərazilərdəki mədəni irsin qorunmasına xüsusi diqqət ayırmalıdır

19 İyul 2019 05:11 (UTC+04:00)

İşğal olunmuş ərazilərdəki mədəni irsin qorunması çox vacibdir. Dünya ictimaiyyəti buna xüsusi diqqət ayırmalıdır.

SİA xəbər verir ki, bu fikirləri Gürcüstanın Xarici işlər naziri David Zalkaliani Vaşinqtonda din azadlığı məsələlərinə həsr olunmuş konfransda səsləndirib.

Nazir ölkəsindəki mədəni müxtəliflik, tolerantlıq mühiti, bütün dinlərin bərabər şəraitdə dövlətdən yardım alması barədə məlumat verib, Gürcüstan ərazisinin 20 faizinin işğal olunduğunu və bu ərazilərdə mədəni irsin talan edildiyini, dağıdıldığını bildirib.

Nazir işğal altında olan ərazilərdə insan haqları barədə də məlumat verəcək.