ABŞ prezidenti Barak Obama Ağ Ev sözçüsü Robert Gibbsi işindən azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident 7 il əvvəl ondan aldığı qalstuku qaytarıb.
Obama Misir prezidenti Hüsnü Mübarəkin istefa qərarından bir neçə dəqiqə sonra R.Gibbsin son dəfə mətbuat konfransı təşkil etdiyi salona daxil olub və Misirdəki hadisələrdən danışaraq "əlbəttə Gibbsin gedişi bu günün ən əhəmiyyətli gedişidir" şəklində zarafat edib. Senata namizəd olduğu 2004-cü ildən Gibbsin onunla çalışdığını deyən Ağ Ev rəhbəri: "Çoxunuz bizləri hərəkətə gətirən şeyin bu çıxış olduğunu hesab edirsiniz, halbuki həll etməli olduğum ən əhəmiyyətli şey hansı qalstuku taxacağım idi və bura gəlməmişdən 10 dəqiqə əvvəl qalstuklar haqqında müzakirə edirdik", - deyib.
Qeyd edək ki, R.Gibbs B.Obamanın 2012-ci ildəki seçki kampaniyasına qatılması üçün istefa verəcəyini yanvar ayında açıqlamışdı. Onu keçmiş jurnalist Jay Karney əvəzləyəcək.