İranda eyni anda 3 qaz kəmərində partlayış baş verib

12 Fevral 2011 21:45 (UTC+04:00)

İranın Qum şəhəri yaxınlığında partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Salafçeqan yaşayış məntəqəsi ərazindən keçən qaz kəmərində qeydə alınıb. Yanğın baş verib. Partlayışın səsi Qum şəhərində də eşidilib. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən alov söndürülüb.

 

Ölən və xəsarət alanların olması, həmçinin hadisənin başvermə səbəbi barədə məlumat verilmir. Qeyd edək ki, bəzi mənbələrdə eyni anda 3 qaz kəmərində partlayış hadisəsinin baş verdiyi bildirilir.

 

Analoji hadisə ABŞ-ın Oqayo ştatında qeydə alınıb. Hadisə Danqenon yaşayış məntəqəsindən keçən "Tennessee Gas" şirkətinə məxsus qaz kəmərində qeydə alınıb. Bildirilir ki, partlayışdan sonra yaxınlıqdakı yaşayış evlərində yanğın başlayıb. Tələfat və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda hadisə ərazisində müvafiq işlər görülür. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Təhlükəsizlik tədbirləri çərçivəsində qazın nəqli dayandırılıb.