"Meyvəli" bazarında yumurtadan kütləvi zəhərlənmə olub RƏSMİ

17 İyul 2019 14:42 (UTC+04:00)

Bakının Qaradağ rayonunun Lökbatan-Xocasən ərazisindəki "Meyvəli" meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasında kütləvi zəhərlənmə olub.Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə ilə bağlı təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdiriblər:

"Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin şəxsləri də KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər".