İranda yol qəzası baş verib

16 İyul 2019 21:05 (UTC+04:00)

İranın İsfahan ostanının Xansar şəhəri yaxınlığında baş verən mikroavtobus qəzası nəticəsində aralarında 3-ü uşaq olmaqla azı 13 nəfər ölüb, 9 nəfər yaralanıb. “Report” İRNA-ya istinadən xəbər verir ki, Xansar şəhərinin qubernatoru Mansur Kamali mikroavtobusun əyləcindəki nasazlıq üzündən dərəyə yuvarlandığını açıqlayıb.

Xəsarət alanları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə helikopterlərin cəlb edildiyi bildirilir.