Kor-kora kor deməsə...

16 İyul 2019 18:53 (UTC+04:00)

Düzü son günlər əlləri hər şeydən üzülən dağıdıcı düşərgə sakinləri, bir ara oturub-oturub fikirləşdilər ki, necə etsinlər ki, siyasi meydanda qalsınlar. Başladılar bir-birinin surətinə cinayət əməllərini çırpmağa. İqbal Arifi, İsa Əlini, Əlisi Cəmili, Pənah da hamısını tənqid etməyə. Qəribədir. Hamsı günahkar ancaq bir-birilərini günahkar sayırlar. Bu günlərdə ümidsiz qalan "Ümid" partiyasının sədri İ.Ağazadə yenidən sosial şəbəkələrdə günahkar axtarışını davam etdirməyə. Öz-özümə sorğu edirəm: əcəba, nə istğəyir İqbal "bəy"? Ötən dəfə danışdın da "xatirələrini", indi bir də nə axtarırsan? Axı, siz o kəslərsiniz ki, 2003-cü ildən artıq arxivə atılıb, fatihənizi də xalq verib. Bəlkə də bunu bir də ağartmağın yeri deyil. Niyə qaşınmayan yerdən qan çıxarırsınız. Çünki 25 il ölü olduğunuz kimi, təfəkkürləriniz də elə ölüdür və görünür, bu ölü təfəkkürlə elə zənn edirsiniz ki, "bəlkə də qaytardılar" xəyalınız gerçəkləşə bilər... İndi isə gördünüz ki, müstəqil, güclü ölkə və onun xalqı güclü liderlə birlikdədir. Və başladınız "xatirələrlə yaddaşlarda qalmağa". Ancaq bilin ki, haqqdan və xalqdan qaçmaq olmaz.

Elə bu günlərdə "Ümid" partiyasının sədri İqbal Ağazadə yenə də sosial şəbəkələrdə "Azadlıq salnaməsi"ndən danışarkən, Müsavat başqanı A.Hacılı ilə 15-16 oktyabr 2003-cü il hadisələrini yada salaraq " özünü müxalifətin "ən güclü lideri" kimi təqdim edib, Müsavatın keçmiş başqanı İ.Qəmbəri isə qorxaq adlandırıb. Başqan A.Hacılı da "tərəfkeşlik" edərək, İqbalı bir daha "səviyyəli" olmağa çağırıb. İqbal da müsavatdakıları "səviyyəsizlər səviyyəsizlərin yanında olar" deyib, xalqdan oğurlanan pulları qadınların alt paltarında hara qaçırdıqlarını soruşub: "Əlbəttə ki, cavab verməyə üzündə yoxdur. Çünki o milyonlarla dollar sən A.Hacılının cibinə gedib".

Elə bu "xatirələrə" qoşulan sabiq müdafiə naziri R.Qazıyev İ.Qəmbərlə C.Həsənlinin həqiqətlərdən qaçdığını, 3 milyon dollar pulu aradan çıxardıqlarını dedi: "AXC-Müsavat rəhbərləri bünövrədən satqın olublar. Ləkəli və satqın olan bu adamlar həyasızın həyasızıdırlar".

Elə bunun ardınca AXP sədri P.Hüseyn isə müxalifət dostlarını elə "mat" etdi ki, necə deyərlər, üzlərinə tüpürsəydi, ondan yaxşı idi: "Yaranmış vəziyyətlə dəqiq demək lazımdır. Nəinki

15-16 oktyabrda, bu günə qədər olanların bir adı var: MƏĞLUBİYYƏTDİR. Öz miqyasına və nəticələrinə görə, ağır məğlubiyyətdir", P.Hüseynin sonrakı sözü isə, bir daha müxalifətin bu günə kimi nə düşüncəsi, nə də təfəkkürü dəyişib.

Bu yerdə atalar yaxşı deyib, kor-kora kor deməsə, bağrı çatlar. Bax budur, pas atmış müxalifətin düşüncəsi, dönə-dönə qaşınmayan yerdən qan çıxarmaq. Nə dünyanın axırıdır, nə də demokratiyanın və demokratik düşərgənin. İlan qabığını atır, ağaclar yarpağını tökür, yer örtüyünü dəyişir: nə ilan ölür, nə ağac quruyur, nə yer dağılır.

RƏFİQƏ