Türk gəmisinə hücum edildi, 10 nəfər GİROV GÖTÜRÜLDÜ

16 İyul 2019 17:56 (UTC+04:00)

Kamerunun Douala limanından Fildişi sahillərinin Abidjan limanına doğru hərəkət edən "Paksoy-1” adlı türk gəmisi Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 10 türk dənizçisi piratlar tərəfindən qaçırılıb.

Bu barədə gəminin məxsus olduğu "Kadıoğlu Denizcilik” şirkətindən açıqlama verilib. Açıqlamada bildirilib ki, gəmidəki əlaqə və kəşfiyyat cihazlarına zərər vurulub. Ölən və ya yaralanan yoxdur. Girovların geri qaytarılması üçün danışıqlar aparılır.