Ağdamın "Qarabağ" klubu transfer pəncərəsinin bağlanmasına dəqiqələr qalmış millimizin kapitanı Rəşad Sadıqovun transfer məsələsini həll edib. SİA-nın xəbərinə görə, bu haqda "Qarabağ"ın direktoru Əmrah Çəlikəl məlumat verib.
Xatırladaq ki, dünən "Eskişehirspor" rəhbərliyi Rəşad Sadıqova görə böyük məbləğdə təzminat istədiyindən futbolçunun "Qarabağ"a keçidində ciddi problem yaranmışdı.
Lakin bu gün aparılan danışıqlar müsbət nəticələnib. Əmrah Çəlikəl fevralın 13-də Rəşadın "Qəbələ"ylə çempionat oyunuda "Qarabağ"a kömək edəcəyini bildirib.