Çeçenistanda təyyarə evin üzərinə düşüb yaralılar var

16 İyul 2019 13:28 (UTC+04:00)

Çeçenistanda yüngül mühərrikli təyyarənin evin üzərinə düşməsi nəticəsində 4 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Yüngül mühərrikli təyyarə Novoşedrinskaya kəndində bir evin üzərinə düşüb, pilot və evin üç sakini yaralanıb", - agentliyə mənbə bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, pilot onurğasından yaralanıb, ev sakinləri isə psixoloji sarsıntı keçirib.