Rusiya Türkiyəyə qarşı sanksiyaların əlehinədir

16 İyul 2019 13:21 (UTC+04:00)

Moskva Avropa Birliyinin Aralıq dənizində vəziyyətin pisləşməsi səbəbindən Türkiyəyə sanksiya tətbiq etməsi qərarına mənfi yanaşır, amma bu o demək deyil ki, Rusiya Türkiyənin addımlarını dəstəkləyir. SİA verir ki, bu barədə "İzvestiya" qəzeti yazır.

"Moskva Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlərə qarşı çıxır. Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Qruşkonun "İzvestiya"ya açıqlamasında qeyd edilir ki, birtərəfli sanksiyalar həm beynəlxalq hüququn, həm də BMT Təhlükəsizlik Şurasının prosedurlarına ziddir", nəşr qeyd edir.

Qruşkonun sözlərinə görə, bu cür tədbirlər bir qayda olaraq, "qarşı tərəflərin mövqelərinin daha da sərtləməsinə gətirib çıxarır".

"Həll edilməmiş münaqişələr olduqda, hər kəs vəziyyətin ağırlaşmasına səbəb olacaq addımlardan çəkinməlidir, əks halda münaqişənin həlli üçün siyasi proses çətinləşdirir ", - xarici işlər nazirinin müavini vurğulayıb.