İnqilabın Ermənistanın Xarici İşlər Nazirliyində təzahürü

16 İyul 2019 11:39 (UTC+04:00)

İnqilab axır ki, Ermənistanın Xarici İşlər Nazirliyinə də gedib çatdı. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Jamanak” qəzetinin verdiyi məlumata görə, Sasna Tsrer qruplaşmasını açıq şəkildə dəstəkləyən bir sıra Avropa ölkələrində Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbəri səfir Ruben Karapetyan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın məsləhətçisi təyin edilib.

Qəzet yazır ki, ötən il Karapetyan inqlabın hələ də Ermənistanın Xarici İşlər Nazirliyinə gedib çatmadığını bəyan etmişdi. Fikrini də belə izah etmişdi ki, inqlab Ermənistanın Xarici İşlər Nazirliyinə o vaxt yetişəcək ki, təsadüfi adamlar sistemdən kənarlaşdırılacaq. Hətta, qeyd etmişdi ki, onlar öz xahişi ilə deyil, birbaşa əmrlə azad edilməlidirlər.
“Jamanak” qəzetində o da xüsusilə vurğulanır ki, bəlkə də hələ indi inqilabın Xarici İşlər Nazirliyinə çatdığını söyləyə bilərik.