Belarusda İkinci Dünya müharibəsinə aid silah-sursat anbarı aşkarlanıb

16 İyul 2019 06:43 (UTC+04:00)

Belarusun Brest vilayətinin Pinsk şəhərində İkinci Dünya müharibəsi dövrünə aid silah-sursat anbarı aşkarlanıb.

SİA Belarus kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, silah-sursat anbarı Bretskaya küçəsi 179 ünvanında tikinti işləri aparılarkən müəyyən edilib. Hazırda silah-sursatın zərərsizləşdirilməsi üçün xüsusi qrup təhlükəsizlik tədbirləri həyata keçirir.

Qeyd edək ki, hər il Belarus ərazisində İkinci Dünya müharibəsinə aid orta hesabla 20 mindən artıq mərmi aşkarlanaraq zərərsizləşdirilir.