Əli Kərimlinin siyasi riyakarlığı faktlarla sübuta yetirildi

15 İyul 2019 15:39 (UTC+04:00)

Müxalifətdaxili intiriqalar və qarşıdurmalar son vaxtlar daha gərgin və amansız xarakter daşımaqdadır. Səbəb kimi, xarici anti-Azərbaycan qüvvələrin, xüsusi ilə də, erməni lobbisinin onların qarşısında sərt tələbi qoymasıdır: Öhdəliklər yerinə yetirilməsə, maliyyə vəasitləri dayandırılacaq. Məhz bu təpki xarakterli tələb müxalifət düşərgəsində çalxalanma yaradıb. Partiya sədrləri və onların təsiri altında olan trollar hərəkətə keçərək, özlərinə olan xarici inamsızlığı aradan qaldırmağa çalışırlar. Pərakəndə vurnuxma nəticə etibarı ilə xaosa gətirib çıxarır. Bu amil də, müxalifətin onsuz da, ağır olan durumunun daha da ağırlaşmasına gətirib çıxarır. Məsələ burasındadır ki, AXCP-Müsavat, kimi dağıdıcı xislətli partiya funksionerləri düşdükləri böhranlı durumdan çıxa bilmədiklərini dərk etdiklərindən, çıxış yolunu milli və dövlətçilik maraqlarına zərbə vurmaqda görürlər. Bu yarıtmaz ünsürlər "cəhənnəmə gedən özünə yoldaş axtarır" məsəlinə uyğun olaraq xalqına, dövlətinə xəyanət edərək, erməni ilə işbirliyi qurmaqdan çəkinməyən Vidadi İsgəndərli, Qurban Məmmədov, Xədicə İsmayıl, Leyla Yunus, Orduxan Teymurxan və bu kimi digər məkrli şəxslərdən öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər. Baxmayaraq ki, bəzi hallarda onların arasında ziddiyətlər üzə çıxır. Bunu ADP sədri Sərdar Cəlaloğlu, alternativ AXCP-nin sədri Razi Nurullayev, KAXCP sədri Mirmahmud Mirəlioğlu və digərləri etiraf edib, əqidə dostlarını satqınlıqlarına görə, sərt tənqid edirlər.

Satqın satqına dəstək olmağa çalışır!

Bu kimi etiraflardan və əldə olunan məlumatlardan sonra, bir daha onu demək olar ki, Azərbaycanı istəməyən bəzi məkrli təşkilatların ayırdığı qrant Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri üçün milli maraqlardan daha önəmlidir. Baxmayaraq ki, AXCP ilə Müsavat heç zaman bir araya gələ bilmirlər. Bir-birini sıradan çıxarmaq, sanki onların əsas fəaliyyət istiqamətləri olub. Ancaq Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq və xarici ağalarının sifarişlərini yerinə yetirmək məsələsində bir yerdədirlər. Çünki xarici qrant verən ağaları belə istəyir. Faktlara və araşdırmalara əsaslanaraq, demək olar ki, xarici maraqlı dairələrə satılmaqla özünə maliyyə imkanları əldə etmələrinə baxmayaraq, onun vəziyyəti böhranlı durumdadır. Yəni AXCP parçalanaraq dağılmaq problemi ilə üzləşməkdədir. Vəziyyətdən çıxış yolu da görünmür. Çünki yarıtmaz səhv siyasət AXCP-nin yenidən parçalanmasını və bunun da fəaliyyətini dayandırmasını qaçılmaz edib. Vəziyyətdən çıxmaq üçün Ə.Kərimli icazəsiz aksiyalar keçirib, qarşıdurmalar yolu ilə diqqəti özünə cəlb etməyə çalışsa da AXCP-nin dağılmasının qarşısını ala bilməyəcək. Bu baxımdan, demək olar ki, yaxın vaxtlarda AXCP tarixin zibilliyinə atılacaq. Təbii ki, bunun da başlıca səbəbi və günahkarı Ə.Kərimli ilə bağlıdır. Daha doğrusu, onun səhv və yanlış siyasət aparması AXCP-nin tarixin zibilliyinə atılması dilemması qarşısında qoyub. Birmənalı şəkidə, demək olar ki, "Yurd" şefini tanıyanlar onun öz şəxsi mənafeyi naminə milli və dövlətçilik maraqlarına zərbə vurmağa çalışan şəxs olduğunu bildirilər.

Keçmiş cəbhəçilər Əli Kərimliyə nifrət edirlər

Mövcud reallıqlar təsdiq edir ki, AXCP sədri ilə eyni mövqeydən çıxış edənlər sonradan ondan üz çevirirlər. Çünki yol yoldaşlığı Ə.Kərimlinin xəyanətkarın biri olduğunu üzə çıxarır və nəticədə böyük həvəslə AXCP - yə gələnlər nifrət hissi ilə oranı tərk edirlər. Hətta ona pul verənlər sonradan yanlışlığa yol verdiklərini etiraf edirlər. Misal olaraq, 2005-ci ildə "Azadlıq" qəzetinə yardım məqsədi ilə Ə. Kərimliyə pul verən Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevin sonradan bu addımı ilə kobud səhvə yol verdiyini bildirməsini göstərmək olar. Belə ki, S.Allahverdiyevin qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı pul Ə.Kərimli tərəfindən mənimsənilib. Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da bildirib ki, dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təəssübünü çəkməkdən danışan Ə.Kərimlinin arxa planda, elə dələduzluqları var ki, aşkara çıxdıqca, cəmiyyət özü heyrətə gələcək ki, bu adamlar hansı üzlə başqalarına böhtan atır, irad bildirir və hətta tənqid edirlər? "Ona görə də, məncə, bu, çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbəxdə belə olay çox adi bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması və çirkin əməllərin baş verməsi göz qabağındaydı".Bir sözlə, müxalifətin üz qarası olan AXCP sədri Ə. Kərimlinin daxili çirkinlikləri, bəlli olduğu kimi, onun xarici ağaları qarşısında müti qul olduğu da aşakarlanır. Bu isə, sıravi çəbhəçilərə mənən ciddi təsir göstərir. Çünki onlar sağlam və milli maraqlar üzərində qurula biləcək siyasətin tərəfdarı olaraq çıxış edirlər. Ə.Kərimli isə, bu arzuların üstündən satqın və xəyanətkar əməlləri ilə xətt çəkir. AXCP-dən kütləvi istefalar və qopmalar da, məhz bu səbəbdən baş verir.

İ.ƏLİYEV