İran höküməti müxalifətçilərin kütləvi şəkildə həbsini davam etdirir. SİA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, son iki gün ərzində artıq bir neçə müxalifət lideri həbs olunub. Belə ki, Mir Hüseyn Müsəvi və onun yaxın əməkdaşlarından 8-i bilinməyən səbəblərə görə həbs olunub. Daha sonra isə Mahmud Karrubi ev dustağı edilib. Hər iki müxalifət lideri 2009-cu ildə keçirilən prezident seçkilərində iştirak ediblər.
Qeyd edək ki, hər iki müxalifətçi Misirdə baş verən hadisələr zamanı həlak olan insanların xatirəsinə hörmət olaraq aksiya keçirmək tələbi ilə hökümətə müraciət etmişdilər. Bu müraciətdən sonra müxalifətçilərin kütləvi həbsinə başlanılıb.