İndoneziyanın Lombok adasında helikopter qəzaya uğrayıb.
SİA xəbər verir ki, qəza nəticəsində 4 nəfər yaralanıb.
Qeyd edilir ki, qəzaya uğrayan helikopter “PT Carpediem Air” şirkətinə məxsus olub. Xəsarət alanlardan biri helikopterin pilotu, digərləri isə helikopterin göyərtəsindəki turistlər olub.