Pəhriz vaxtı insanı nə kökəldir?

15 İyul 2019 04:33 (UTC+04:00)

Stresin yüksək həddi hətta qidalanmaya fikir verən insanlarda da piylənmə ilə nəticələnir.

SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər məlumat verib. Məlumata əsasən, piylənməyə səbəb qalxanvari vəzə təsir edən kortizol hormonunun səviyyəsinin artmasıdır. Bu isə iştaha və maddələr mübadiləsinə də təsir edir.

Stresin çox olması qalxanvari vəzin daha asta işləməsinə, bununla da piyyandırma prosesinin zəifləməsinə səbəb olur. Eyni zamanda kortizol yuxu vaxtı beyini stimullaşdıran bəzi hissələrə də təsir edir. Bu isə aclığa cavab verən qrelin hormonu sintezinin artmasına səbəb olur. Belə olan halda insan daha çox qida qəbul edir. Məhz bu səbəbdən arıqlamağa çalışan insanlar sinir sistemlərinin qayığısına qalmalıdırlar.