Nepalda daşqınlar 17 nəfərin həyatına son qoyub

12 İyul 2019 19:09 (UTC+04:00)

Nepalda aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həlak olub. Trend-in məlumatına görə, daşqınlar ölkənin 20 rayonunda qeydə alınıb. Azı 7 nəfərin xəsarət aldığı deyilir. Daha 7 nəfər də itkin düşüb. Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan sakinləri təhlükəsiz yerlərə köçməyə çağırıb.