Misir prezidenti Hüsnü Mübarək və ailəsi paytaxt Qahirədən ayrılıb. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda "Al-Arabia" telekanalı xəbər yayıb. Telekanalın xəbərində bildirilir ki, Mübarək və ailəsi paytaxt yaxınlığındakı hərbi hava limanından qalxan təyyarə ilə Qahirəni tərk edib. Mübarəkin hara getdiyi dəqiq bilinmir.
Qeyd edək ki, dünən prezident Konstitusiyaya uyğun olaraq öz səlahiyyətlərinin bir hissəsini köməkçisi Ömər Süleymana təhvil verib.