13 yaşlı kamikadze toy mərasimində özünü partladıb

12 İyul 2019 14:23 (UTC+04:00)

Əfqanıstanda 13 yaşlı kamikadze toy mərasimində özünü partladıb. SİA Associated Press agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində mərasimdə iştirak edən 5 nəfər ölüb, 11 adam isə yaralanıb.

Agentliyin məlumatına görə, terror aktı Əfqanıstanın Nanqarhar vilayətində törədilib. Yerli polis idarəsinin məlumatında deyilir ki, yeniyetmə kamikadzenin əsas hədəfi partlayış nəticəsində həlak olmuş hökumət milis dəstəsinin komandiri və toy mərasiminin sahibi Malik Toor olub.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.