“Ermənistan işğalı davam etdirdikcə hər hansı bir əməkdaşlığımız ola bilməz”

11 İyul 2019 21:14 (UTC+04:00)

Avropa İttifaqı çalışır ki, “Şərq tərəfdaşlığı” çərçivəsində Azərbaycanın Ermənistanla hər hansı bir əməkdaşlığı olsun”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdikcə bu ölkə ilə Azərbaycanın hər hansı bir əməkdaşlığı ola bilməz. M.Məmməd-Quliyev deyib ki, regional münaqişələr həll olunmasa, bölgədə tərəqqiyə nail olmaq çox çətin olacaq.