“Qardaşımı və İlqar Balakişiyevi xəncərlə qətlə yetirdilər”

11 İyul 2019 12:11 (UTC+04:00)

“Qardaşım polis polis-polkovnik leytinantı Səməd Abbasovu və onun mənəvi qardaşı polis palkovniki İlqar Balakişiyevi xəncərlə ürəklərinə zərbə endirməklə qətlə yetiriblər”. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, bu fikirləri mərhum polis Səməd Abbasovun qardaşı Tahir Abbasov bildirib.

O qeyd edib ki, şəhid olan polislərə dövlət ən yüksək qiymətini verib: “Şəhidlərimizə dövlətin qayğısını hər zaman olduğu kimi biz də gördük. Dövlət başcısı İlham Əliyev hadisəyə dərhal reaksiya verdi. Şəhidlərin şəhadəti yüksək qiymətləndirildi. Onları Azərbaycan Bayrağı ordeni ilə təltif etdi. Cünki, qardaşım da, İlqar Balakişiyev də iş başında şəhid olmuşlar, Gəncə şəhərində asayışın keşiyində durduqları zaman bir cinayətkar tərəfindən qətlə yetiriliblər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, dövlətimizə qüdrət versin!

İ.Məmmədov