Gürcüstan 6 ayda turizmdən 1,5 milyard qazanıb

11 İyul 2019 00:05 (UTC+04:00)

2019-cu ilin ilk altı ayı ərzində Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,5 milyard dollar olub. Bu məlumatı Gürcüstan Milli Turizm Administrasiyası yayıb. Məlumata görə, bu göstərici keçən ilin analoji dövrüylə müqayisədə 7% çoxdur: “Keçən ilin analoji dövrüylə müqayisədə hazırkı göstərici 95,4 milyon dollar çoxdur. İyunda turistlərdən götürülən gəlir 340 milyon dollar təşkil edib ki, bu da keçən ilin göstəricisindən 14,6 milyon dollar artıqdır”.