Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosundan verilən məlumata görə,, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Cavanşir Qəmbərov yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.