Qətərin iki qırıcı təyyarəsi havada toqquşub

10 İyul 2019 12:11 (UTC+04:00)

Qətər Hərbi Hava Qüvvələrinin iki təlim təyyarəsi havada toqquşub. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Qətər Əmirliyinin Müdafiə Nazirliyinin Twitter səhifəsində yer alıb.

Məlumatda deyilir: “Qətər Hərbi Hava Qüvvələrinin iki təlim təyyarəsi təlim uçuşları zamanı toqquşub. Pilotlar katapult edə biliblər. İnsidentin səbəbləri araşdırılır”.