Yol qəzasında avtomobildə olan iki nəfər diri-diri yanıb

11 Fevral 2011 20:33 (UTC+04:00)

Fevralın 11-i saat 00:10 radələrində Hövsan qəsəbəsi ərazisində Hacıağa Məmmədovun idarə etdiyi "Reno" və Elsəvər Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə "Reno" markalı avtomobil tam yanmış, sürücü H. Məmmədov və sərnişin Zöhrab Ağayev hadisə yerində ölmüş, digər sərnişin Nəzakət Nəzirova isə KTM-ə yerləşdirilib.

Fevralın 10-u saat 08:45 radələrində Nobel prospekti 108-in qarşısında Asvar Əmirxanov idarə etdiyi "Mitsubişi" markalı avtomobillə Həsənbay Həsənovu vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən Neyrocərrahiyyə xəstəxanasında ölüb.