Günay İbrahimli və Elşad Xosa bir arada
11 Fevral 2011 19:26 (UTC+04:00)
Reper Elşad Xose ilə oxuduğu "Yadına Sal" duetindən sonra populyar olan müğənni, "Eurovision 2011" milli seçim turunda iştirak edən Günay İbrahimli yeni mahnısını dinləyicilərin ixtiyarına verib. Bu barədə SİA-ya müğənni özü məlumat verib: "Dünya şöhrətli, əslən portuqaliyalı müğənni Bebenin "Me Quero" mahnısını yeni tərz və Azərbaycan alətləri ilə yeni aranjemanda təqdim etmişəm. Mahnının sözləri bir zaman duet ortağım olan məşhur reper Elşad Xoseyə məxsusdur. Reper bu dəfə portuqaliyalı müğənni ilə qiyabi əməkdaşlıq edib".
Gənc müğənni tez bir zamanda mahnıya klip çəkdirməyi planlaşdırır.