Almaniyanın Münhen Mülki Məhkəməsi türklərin xüsusilə turistik məqsədlərlə Almaniyaya vizasız girə biləcəyinə və oturma izni almadan 3 ay qala biləcəyinə qərar verib.
SİA-nın məlumatına görə, məhkəmə Avropa Ədalət Məhkəməsinin türklərdən viza tələb edilməməsini nəzərdə tutan qərarının turistik məqsədli səfərləri də əhatə edib-etmədəyinə dair diskussiyalara bu qərarla son qoyub.
Qərar presedent xarakteri daşıyır. Çünki Almaniyada ilk dəfə bir mülki məhkəmə turistik məqsədlərlə Almaniyaya gedən Türkiyə vətəndaşlarının vizadan azad olduğunu təsdiqləyir.