Nənəsinin qızılını oğurlayan nəvə saxlanılıb

8 İyul 2019 11:40 (UTC+04:00)

Tovuz rayonunda oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, iyulun 4-də Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N.Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.