Tennisçilərimiz Avropa birinciliyində mübarizə aparırlar

7 İyul 2019 17:34 (UTC+04:00)

Bu gün Çexiyanın Ostrava şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyi start götürüb. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya bildiriblər ki, ölkəmizi yarışlarda oğlanlardan ibarət komanda təmsil edir. Millimizin heyətində Emin Məmmədov, Kənan Pənahov, Xinyu Yanq, Çenxi Vanq, Xinhanq Yu yer alıblar.