Afrika cazı və muğamla sintezi - FOTOLAR

7 İyul 2019 10:53 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Mali Respublikasının "Cheick Tidiane Seck" qrupu və yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.
SİA-nın məlumatına görə,konsertdə Afrika cazı və onun muğamla sintezi səsləndirilib.
Qrupun rəhbəri Şek Tidian Sek dünya şöhrətli musiqiçilər Karlos Santana, Stiv Vander, Rendi Vuesten, Cimi Kliff və "Gorillaz" qrupu ilə birgə çalışdığını bildirib.
Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qonaqları belə gözəl məkanda görməkdən şad olduğunu vurğulayıb. O qeyd edib ki, caz millətləri və mədəniyyətləri bir araya gətirən gözəl vasitədir.

Konsertdə muğamın cazla sintezi Səxavət Məmmədov (tar), Oqtay Şərifov (kamança) və Almaxanım Əhmədlinin (vokal) ifasında səsləndirilib.