Caypur şəhəri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib - SƏSVERMƏ

6 İyul 2019 12:09 (UTC+04:00)

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Hindistanın Caypur şəhəri ilə bağlı təqdim etdiyi nominasiya müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, müzakirələrdə Cayourun tarixi abidələrin qorunmasının vacibliyi qeyd olunub, ətraflı məlumatlar verilib.

Müzakirələrdən və səsvermədən sonra Hindistanın şimal qərbində yerləşən Caypur şəhəri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.