Dənizdə katamaran çevrildi VİDEO

6 İyul 2019 11:00 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda katamaran çevrilib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, hadisə Qara dənizdə baş verib. Nəticədə katamaranın göyərtəsində olan 43 nəfərdən 2-si dünyasını dəyişib. Gəminin sahibi isə artıq saxlanılıb. O, Tuapsedəki polis bölməsinə aparılıb. İlkin məlumata görə, katamaranın çevrilməsinə səbəb normadan çox yüklənməsi olub.